Şou-biznes

Aytən qonşularını belə İFŞA ETDİ - VİDEO

1 Aprel 2025 18:52
Baxış: 1 038
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Teleaparıcı Aytən Səfərova Zığ qəsəbəsinin sakinlərindən şikayət videosu yayımlayıb.

Milli.Az xəbər verir ki, o,  bu barədə sosial şəbəkə hesabında görüntü paylaşıb.

Yerə zibil atan qonşularını belə ifşa edib:

"Bura Zığ qəsəbəsidir, stadionun yanıdır. Bələdiyyə keçən dəfə mənim xahişimlə buranə təmizlədi. Ay insanlar, buranı niyə bu günə qoyursunuz? Bir şey olan kimi deyirsiniz ki, "Aytən xanım, filan məsələdə kömək edin". Siz burada yaşayırsınız, övladlarınız buradan keçir. Sonra deyəcəksiniz ki, "Aytən pis qonşudur". Pis qonşu olan sizsiniz. Baxın, belə şey olar? Söz tapa bilmirəm. Bu nədir belə? Ayıbdır. Buranı başqa qadınlar əziyyətlə yığışdırır. Amma siz gəlib zibilləyirsiniz. Keçən dəfə buranı gül kimi etmişdilər. Bax, indi zir-zibildir. Bu zibili aparıb zibilxanaya atın. Ayıbdır. Belə şey olar? Burada pinti insanlar yaşayır". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.