Güclü qar İstanbulda nəqliyyatın hərəkətini dayandırıb. Vətəndaşlar bu vəziyyət qarşısında relsli sistemlərə üstünlük verərkən, məşhur müğənni Edis Görgülü də bu vəziyyətə biganə qalmayıb və metrodan istifadə edib.
Milli.Az türk mediasına istinadla xəbər verir ki, Edis metroda çəkdirdiyi fotoları sosial media hesabında "Yola çıxdıq" qeydi ilə paylaşıb.
Daha sonra o, özünü Keanu Rivzlə müqayisə edərək metroda çəkdirdiyi şəklini paylaşıb.
Həmin görüntüləri təqdim edirik:
Milli.Az