“Bunu edəndə elə bilirəm ki, başıma qaynar su tökülür” - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Qəşəng geyinməyi sevirəm, amma hədsiz bədxərclik etməyi sevmirəm. Mən illərdir bu cür yaşayıram. Bir əşyanı, paltarı alıram və illərlə onu geyinirəm. Keyfiyyət mənim üçün kəmiyyətdən daha önəmlidir. Çalışıram qızıma da bunu aşılayım. Bizim evdə istifadə olunmayan əşya yoxdur. Hədsiz çox oyuncaq və ya geyim yoxdur. İnanmayacaqsız, amma bütün əşyalarımız dörd, maksimum beş orta ölçülü çemodana yerləşəcək qədərdir. Bu cür yaşamaq o qədər rahatdır ki. Ona görə bir yerdən digərinə, hətta şəhərdən şəhərə köçmək daha asandır".
Milli.Az bildirir ki, bu sözləri illər əvvəl ABŞ-yə köçən teleradioaparıcısı Günel Hümbətova instaqram səhifəsində yayımladığı postda yazıb.
Hümbətova bədxərc olmadığı və lazımsız alış-verişlərdən özünü çəkindirdiyini bildirib:
"Çox əşyası, mənəvi və maddi yükü olan insana adətən köçmək, yeniliklərə açıq olmaq çətin olur. Və fikir verirəm illərdir məndə formalaşan bu həyat tərzi dəyişmir. Qətiyyən alış-verişə can atmıram. Florida ştatının ən böyük alış-veriş mərkəzi düz evimin yanındadır, amma ora daha çox restoranlar üçün gedirəm. Burada artıq 6 aydır köçmüşük amma heç bir dəfə də dəlisov "şoppinq günü" elan etməmişəm özümə və ya qızıma. Ümumiyyətlə, bütün günü xarici görünüşü ilə əlləşməyi, bütün enerjini yalnız xarici görünüşə qoymaq kimi məsələlər mənə çox yaddır və belə insanlarla da adətən sözüm-söhbətim tutmur. Yalnız markalardan, kosmetikadan danışan qadınlarla dostluq edə bilmirəm...
Bəli, lüks markaları sevirəm və üstün tuturam. Amma görməmiş kimi bütün pulumu lüks markalara xərcləmirəm. Keyfiyyətli və dəbli bir-iki əşyam, ayaqqabım olsun və onu bir çox brendlərlə uyğunlaşdırıb geyinirəm. Nəinki yüz ədəd keyfiyyətsiz və ucuz əşyalar. Sizə "True Cost" (Əsl xərc - red.) adlı dokumental filmi izləməyi məsləhət görürəm. Bunu 6-7 il əvvəl izləmişdim və "mass market" geyimlərin bir çoxunun keyfiyyətsiz əşyalardan nəinki ətraf mühitə ziyanı, hətta 3-cü dünya ölkələrində haradakı bu "mass market" geyimləri ərsəyə gətirir, uşaqların toksik zərərli materiallarla zoraki əməyindən istifadə olunduğunu faktlarla şahidi oldum. Bu haqda çox danışmaq olar, amma bütün lüks markalar da keyfiyyətli əşyalar istehsal etmir təbii ki... Sözün açığı Bakıda da yaşayanda belə idim. Amma Amerikada yaşamaq və hər şeyin bu qədər əl çatan olmağı bəlkədə mənim gözümü daha da doydurub. Bir misal çəkim. İki-üç dəfə istifadə olunmayacaq istənilən əşyaya pul xərcləmək məcburiyyətində qalanda elə bilirəm ki, başıma qaynar su tökülür. Amma qidalar içində ən orqanik və ən bahalısına pul xərcləməyə simiclik etmirəm. Təcrübəyə də ən son pulumu asanlıqla xərcləyirəm. Amma qızım bədxərcdir. Hər gün bu haqda onunla mübahisələrimiz olur".
Qeyd edək ki, Günel Hümbətova uzun illərdir ABŞ-də yaşayır. O, əri Firuz Soliyevlə iki il əvvəl boşanıb. Eks-cütıüyün Jozefina adlı bir qızı var. /Olay.az
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Navai” saxlanıldı
-
Kəmalə Günəşli bahalı ətirini göstərdi: Qiymətini açıqladı - (Video)
-
Üzeyir Mehdizadənin yeni mahnısı müzakirə yaratdı - (Video)
-
Pünhan Piriyev: “Mənim bürcüm yoxdur” - (Video)
-
Hadisə bacısından danışıb ağladı - (Video)
-
"Seda Sayana dedim ki, “Biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək”"
XƏBƏR LENTİ
-
“Navai” saxlanıldı
-
Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib - (Foto)
-
Oğlumla bir gün əvvəl danışdıq, dedi ki... - Nəsimi Musayevin atası
-
Vitali Kliçkonun çıxışı zamanı mikrofonunu söndürdülər - (Video)
-
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub - (Foto)
-
Azərbaycanda kənd yumurtası bahalaşdı
-
Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib - (Foto)
-
Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib - (Foto)
-
Erməni deputat Rusiyaya buraxılmadı
-
Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb - (Foto)
-
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - (Foto)
-
“Milli geyimlərimiz və kəlağayı milli-mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” - Nailə İsmayılova
-
Almaniyadan 32 Azərbaycan vətəndaşı readmissiya edilib
-
Vüsalə Sadıqova: "Kəlağayı qadın zərifliyinin, saflığın, təmizliyin və sülhün rəmzidir"
-
Ankara və İrəvanın yeni məramları nədir?
-
Milli geyimlərimiz və kəlağayı gənc nəslə necə çatdırılmalıdır? – İctimai Birlik sədrindən açıqlama
-
Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir - (Foto)
-
Atasını öldürən Ayxana 1 il yarım həbs verildi
-
Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib - (Foto)
-
Qırğızıstan Prezidenti Bakıdadır - (Foto)
-
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb - (Foto)
-
Bakıya gələcək erməni əsilli nazir kimdir? - Dosye
-
Daha bir dövlət müəssisəsi ləğv edildi
-
Bağçalıdan çağırış: Azərbaycanın suverenliyinə hörmət edilməlidir





