Çimnaz Sultanova xəstəliyini niyə gizlədib?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Aktrisa Çimnaz Sultanovanın ölümü sənət aləmindəki şəxsləri kədərləndirməklə bərabər, həm də təəccübləndirdi. Hətta ölüm xəbəri yayılandan sonra belə bunun yalan ola biləcəyini güman edirdilər. Aktrisanın ağır xəstəlikdən əziyyət çəkdiyi də elə məhz ölümü ilə üzə çıxdı. Əksər sənət dostları mərhumun bu barədə heç nə danışmadığını, xəstəliyini hər kəsdən gizli saxladığını dedilər.
Bəs onun xəstəliklə tək mübarizə aparması, bunu gizlətməsinə nə səbəb olub? Ümumiyyətlə, insanların problemlərini, xəstəliklərini gizlətməsi hansı psixoloji amillə bağlıdır?
Milli.Az xəbər verir ki, psixoloq Vüsalə Rüstəm məsələni yenisabah.az-a belə şərh edib:
"Normal insan sağlamlığı da, xəstəliyi də düzgün qiymətləndirə bilir. Bizə miras qalan xəstəliyi gizlətməyin bir keçmişi var ki, o da Sovetlər dönəmindən bizə yadigardır. Çox insan bunu dansa belə bu belədir. O dönəmdə xəstəliyi tənəyə çevirirdilər. Filankəsin oğlu xəstədir, qızı xəstədir, özü xəstədir. Xəstələnmək normal insan halı olsa da, sovetlər kimi qapalı rejimlərdə xəstə psixologiya formalaşmışdı. Xəstə adamı lağa qoymaq, tənə etmək, hər onu görəndə xəstəliyi barədə soruşmaq kimi hallar var idi".
Psixoloq həmin "ənənə"nin bu gün də davam etdiyini bildirib:
"Qapalı rejimin dar çərçivədə yaratdığı qüsur bu gün də o dövrü görən insanlarımıza yadigar qalıb. Ona görə də bir çox insan xəstəliyini gizlədir, belə xəbərin yayılmasından qorxur. Halbuki bəzən xəbər yayılsa bəlkə də çox sayda insan ona kömək edə bilər, daha yaxşı həkimlər və düzgün müalicə ala bilər. Vaxtında xəstəlik barədə məsləhət və geniş məlumat xəstəliklərin sağalması üçün atılan ən vacib addımdır. Çox gözəl haldır ki, gənc nəsil artıq bu yararsız və ötürülmüş mirasdan can qurtarıb,kompleksiz şəkildə xəstəliyi barədə danışır, kömək istəyir".
Ekspert bu məsələdə psixoloji dəstəyin fayda vermədiyini də vurğulayıb:
"Psixoloji dəstək qrupları və terapiya nə yazıq ki, yaxın keçmişi görən insanlara heç cür təsir etmə gücü yoxdur. Nəinki xəstəliyini, bütün keçirdiyi hisslərini gizlədir və danışmağı qüsur hesab edirlər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)





