Şou-biznes

"Yaşarı qucaqlayıb dedim ki, yalandan da olsa "səni sevirəm" de" - FOTO

14 Dekabr 2024 17:15
Baxış: 817
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mərhum Xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva aktyorun vəfat etməzdən əvvəlki günlərindən danışıb.

Milli.Az xəbər verir ki, "Bakı gündəliyi" verilişində qonaq olan R.Nuriyeva ona ünvanlanan "Yaşar Nuri vəfatından bir az əvvəl sizə deyib ki, səndən yaxşısını tapmamışam, tapmayacağam da" sözlərinə belə reaksiya verib:

"Yaşar oturacaqda əyləşmişdi. Elə şərait yaradırdım ki, güya hər şey yaxşıdır. Rol oynayırdım. Aktyor və aktrisa olmadan rola girib o rolu oynamaq çox çətindir. Yaşarı qucaqlayıb dedim ki, yalandan da olsa məni sevdiyini söylə. Cavab verdi ki, bəsdir, ayıbdır. Onun səsi də çətin çıxırdı. Söylədim ki, sən bunu mənə deməsən əl çəkən deyiləm. O da sakitcə mənə "Hə" sözünü söylədi".

Qeyd edək ki, Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 2012-ci ildə vəfat edib. /Axşam.az 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.