Şou-biznes

"Gecə klubuna girirdin biri yaxınlaşırdı ki, məni tanımadın?"

25 Oktyabr 2024 16:42
Baxış: 572
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bir çox insanın aktyor və aktrisa olmağının səbəbkarı Elməddindir. Harasa gecə klubuna girirdin biri yaxınlaşırdı ki, məni tanımadın? Deyirəm yox. Cavab verir ki, Elməddinin serialında çəkilmişəm. Hətta biri dedi ki, həmkarıq. Deyirəm, necə? Deyir, "Qardaşlar"ın 35 və 36-cı bölümündə çəkilmişəm".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktyor-aparıcı Elcan Rəsulov "El canlı" verilişində deyib. O, bir çox tanınmışın aktyor olmasında Elməddin Cəfərovun rolu olduğunu vurğulayıb. 

Proqramda yer alan Elməddin isə "12 serial çəkmişəm. Bəzisi 10 il gedib. 5-10 min bölüm olur. Yazır ki, mən də bir bölümdə çəkilmişəm. Haradan yadımda qalsın? Bəzisi xahiş edir ki, gəlim bir bölümdə çəkilim. Razılaşmışam, ayın sonunda gəlib ki, maaş hanı? Deyirəm nə maaş? Gecə klubunda rastlaşmamışam, çünki getmirəm" cavabını verib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.