Şou-biznes

Xalq artistinə ağır itki: Oğlu bu şəhərdə dəfn etdi - FOTOlar

16 Aprel 2024 16:11
Baxış: 3 723
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti, tanınmış aktyor Yasin Qarayevə ağır itki üz verib. Aktyorun qardaşı dünyasını dəyişib.

Milli.Az bildirir ki, yenicag.az-a açıqlama verən aktyor qardaşının vəfatından danışıb.

"Qardaşım məndən yaşca kiçik idi. Çox sağlam adam idi, heç bir xəstəliyi də yox idi. Uzun müddət idi ki, Yessentukidə yaşayırdı. Gedib-gəlirdi Azərbaycana. İki il əvvəl gəlmişdi, bacıma deyib, özümü yaxşı hiss etmirəm. Tanış həkimə apardıq, müalicə aldı, qayıtdı. Səhhəti yaxşı idi. İndi bacım deyir ki, sən demə, onun ağ ciyərində problem olubmuş. Söz götürməyən, çox qürurlu insan idi, başqa bir dünyanın insanı idi. Oğlu orada dəfn edib. Burada da yas mərasimləri etdik. Qardaş itkisi çox ağırdır", - aktyor bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.