Şou-biznes

"Hər üç "Pərdə" filmi ziyana işləyib"

12 Aprel 2024 00:10
Baxış: 681
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rejissor Emil Quliyev növbəti açıqlamalarıyla diqqət çəkib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, o, "Əqrəb mövsümü" serialının birinci sezonunu bəyənmədiyini deyib. Bu barədə Quliyev "Qeyri-ciddi" "YouTube" layihəsində danışıb:

"Birinci "Əqrəb mövsümü"nü bir çox səbəblər var ki, o qədər də bəyənmirdim. Öz filmlərim var ki, bəyənmirəm. Nə olsun mən çəkmişəm, nə olsun tamaşaçı bəyənib. Mən "Körpü"nü daha çox bəyənmişdim. "Körpü" birinci çıxdı, "Əqrəb mövsümü" ikinci. Tərsinə olsaydı, "Əqrəb mövsümü" "Körpü"yə də bir təkan verərdi. "Körpü 2"ni birincidən daha çox bəyənirəm. Düzdür səs-küy qaldırmadı, amma mən bəyənirəm".

E.Quliyev həmçinin "Pərdə" filmindən olan qazancını açıqlayıb:

"Filmə maliyyə tapmaq filmi çəkmək qədər çətindir. Mənə bu günə kimi dostlarım və kinoteatrlar kömək edib. Orxan Mərdan "İkinci Pərdə"nin prodüseri idi. Getdik bir az kinoteatrdan borca pul aldıq. Hər üç "Pərdə" filmi ziyana işləyib. 309 manat pul qazandım. O pulu götürməyə utanırdım. Heç götürə bilmirsən. 100 manat sosial fonda gedir, hələ vergisi də var. 309 manatdan 128 manat pul qaldı".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.