Şou-biznes

Məşhur rusiyalı müğənni arvadına mesaj yazıb özünü öldürdü - FOTO

9 Aprel 2024 19:20
Baxış: 997
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın məşhur opera müğənnisi Yevgeni Kunqurov Moskvada evinin yaxınlığında ölü tapılıb. Onun üzərində zorakılıq əlamətləri olmayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bundan əvvəl 40 yaşlı müğənni həyat yoldaşına intihar etmək istəyi ilə bağlı mesaj göndərib.

Bu barədə mərhumun həmkarı Sergey Penkin xəbər verib.

Onun sözlərinə görə, saat 19:26-da İrina Meledina ərindən mesaj alıb:

"Məni hamamda tapacaqsan", - deyə ismarışda yazılıb.

Həmin andan İrina ona zəng etməyə çalışsa da, heç kim cavab verməyib. Saat 21:00-da qadın təcili yardım xidmətinə mənzili yoxlamaq xahişi ilə müraciət edib. Hadisə yerinə gələn həkimlər Kunqurovun ölümünü təsdiqləyiblər.

Qeyd edək ki, cütlük boşanma ərəfəsində olub.

Bir sıra mənbələrdən əldə edilən məlumata görə, Kunqurovun psixi problemləri olub və depressiyaya düşüb. O, psixiatr qeydiyyatında olmasa da, pullu klinikada müşahidə olunub.

Rusiya, Çeçenistan və İnquşetiyanın Əməkdar artisti Yevgeni Kunqurov Kalininqrad Musiqili Teatrının daimi solisti və Yeni Opera Teatrının qonaq solisti olub. O, "Romantika romansa" proqramının aparıcısı, "Qolos", "Odin v odin", "Bolşaya opera" layihələrinin iştirakçısı olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.