Şou-biznes

Damla: “Toyu silahlı adamlar basdı, bəylə birgə bütün kişiləri...” - FOTO

29 Yanvar 2024 19:52
Baxış: 2 050
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Gəncədə toyda idim. Çox şən toy gedirdi. Anidən gəlinin atası yıxıldı, hamı ətrafına toplaşdı. Adamın ürəyi dayanmışdı. Gəlinin ağ libasda meyiti qucaqlayıb qışqıraraq ağlamasını unuda bilmirəm".

Milli.Az bildirir ki, bu fikirləri lent.az-a müsahibəsində müğənni Damla söyləyib. O, getdiyi el şənliklərində və toylarda başına gələn maraqlı məqamlardan danışıb.

"Gürcüstanda toyda qulağımın dibində atəş açdılar. Qorxudan ölmüşdüm. Çox pis qorxmuşdum. Ömrümdə silah görməmişdim. Özümü toplayıb məclisi idarə eləmək xeyli zamanımı aldı. Çox çətin olmuşdu o gün mənə", - müğənni bildirib.

O, Rusiyada toyda yaşanmış qeyri-adi bir hadisədən də danışıb.

"Peterburqda toyda idik. Çox şən bir məclis idi. Birdən əli silahlı polislər məclisi basdılar. Heç kimin şadlıq evindən çıxmağa ixtiyarı yox idi. Hadisə olmuşdu, bütün kişiləri, hətta toyun bəyini də götürüb apardılar. Toy cəmi 2 saat davam etdi. Məclisdə ancaq qadınlar qalmışdı, Məcbur olduq, məclisi dayandırdıq", -  o vurğulayıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.