"Qəlbi boş, amma həyatı dolu biri olmağım mənə güc verir. Sevgi varmı, yoxmu, önəm verməyin".
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Nigar Şabanova sosial media hesabında yazıb. O, yeni fotosunu yayımlayaraq bu fikirləri əlavə edib:
"Həyat hər halı ilə gözəldir. Kiminsə, nəyinsə yoxluğu ilə həyatınızı məhv etməyin. Çünki nəfəsimizin hansı saniyədə duracağını bilmirik. Həyatı özünüzü sevərək yaşayın".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun