Şou-biznes

"Dünyaya çətinliklə gəlmişəm" - Coni

1 Noyabr 2023 06:50
Baxış: 889
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı müğənni Coni həyatını qarşıdakı illərdə dünyaya gələcək uşaqlara həsr etmək istədiyini etiraf edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi "Jara MAG"a müsahibəsində danışıb. O, əsas motivasiyasının gələcək övladları olduğunu bildirib. 27 yaşlı sənətçi artıq ailə qurmağa hazır olduğunu qeyd edib:

"Dünyaya çətinliklə gəlmişəm. Din adamlarından biri anama gələcəkdə qeyri-adi bir övladının olacağını demişdi. Valideynlərimi çox sevirəm. Bizim mentalitetdə ana və atalar özlərini yalnız uşaqlarına həsr edirlər. Məni bu həyatda motivasiya edən və qurduğum hər şey gələcək övladlarım üçündür. Atam və anam kimi mən də həyatımı uşaqlara həsr edəcəyəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.