Şou-biznes

"Toppuş bacı"nın qızı seriala çəkilir

6 Oktyabr 2023 20:05
Baxış: 1 661
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mərhum aktrisa Tünzalə Əliyevanın qızı Zəhra seriala çəkilir.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə mərhum aktrisanın həyat yoldaşı Röyal Babayev sosial şəbəkədə məlumat yayıb:

"Sanki həyat mənə geri dönüş edib, illərlə gül üzlü yarımı çəkilişlərə, verilişlərə aparırdım, indi isə onun məndə olan əmanətini aparıram. Həmd olsun Rəbbimə, birini aldı, birini verdi.

Hər şey Ülviyyə Əliyevanın "Zəhranı gözəl Səidə Haqverdiyeva xanım teatrına dəvət edir" sözü ilə başladı.

Gözəl qəlbli Dilarə xanım Zəhramı seriala çəkmək istədiyini söylədi və biz də sevə-sevə qəbul etdik. Zəhram çəkiliş meydanında çətinlik çəkmir. "Mən mama kimi olacam" deyir. Məncə, olacaq. Çünki o gözəl insana yalnız qızı rəqib ola bilər".

Xatırladaq ki, mərhum aktrisanın qızı Zəhra ARB-də yayımlanacaq "İkinci bahar" serialında iştirak edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.