Şou-biznes

Məşhur müğənninin evinə polis gəldi - ÜZR TƏLƏBİ - FOTO

2 Oktyabr 2023 23:00
Baxış: 2 045
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Britni Spirs "İnstaqram" hesabında bıçaqla rəqs etdiyi videoya görə evinə gələn polisin ondan üzr istəməsini tələb edib.

Milli.Az olay-a istinadən bildirir ki, Britninin izləyiciləri sözügedən videodan narahatlıq keçiriblər. Bu səbəbdən də onlardan bəziləri polisə müraciət edərək ifaçının evinə gedib onun vəziyyəti ilə maraqlanmağı xahiş ediblər. 

Nəticədə, polislər Britni Spirsin evin gəlib  və onun nümayəndələri ilə danışıblar. 

Onlara ortada narahatlıq yaradacaq məqamın olmadığı bildirilib. Ulduz özü isə polislərin qarşısına çıxmaqdan imtina edib.  

Hadisədən sonra Britni "İnstaqramda" yazı dərc edib və hüquq-mühafizə orqanları əməkdaşlarını vəzifələrindən sui-istifadədə ittiham edib. 

"Bu bir növ zarafatdır? Məmurlar evimə gəldilər və dedilər ki, mənimlə danışana qədər getməyəcəklər. Üzr istəməyi tələb edirəm. İnsanlar öz hərəkətlərinə görə məsuliyyət daşımağa başlamalıdırlar" - deyə müğənni qeyd edib. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.