Şou-biznes

Efirdə DAVA - "Sənin kimi anaya..." - VİDEO

30 Sentyabr 2023 12:37
Baxış: 4 960
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Səni axtarıram" proqramında gərgin anlar yaşanıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana plastik əməliyyat etdirərək proqrama çıxıb. Ekspert kürsüsündə oturan psixoloq Könül Cəfərova ilə onun arasında mübahisə düşüb. O, Cananaya uşaqları ilə yaşamamasını irad tutub. 

"Uşaqlarınıza analıq etmirsiniz? Allah ağıl, şüur, məntiq, əl və ayaq, eyni zamanda övlad da verib. Sizi başa düşmürəm. Allah mənə sizin həyatınızı yaşamağı qismət etməsin. Niyə övladı nənə saxlamalıdır?" sözlərinə qarşı tərəf belə cavab verib:

"Mən 3 uşaq dünyaya gətirmişəm. Uşaqların evinin təmirini gözləyirik, hazır olanda köçəcəklər". 

"Köçəcəklər, yoxsa köçəcəyik? Sən balanla yaşamalısan" sözlərinə Canana "Şərait vermirlər uşaqla yaşayım" reaksiyasını verib. 

"Bir uşağı dünyaya gətirib, məsuliyyəti daşıya bilməyəcəksənsə, onu dünyaya gətirmə. Mən xəstələnə, ölə bilərəm, uşağıma nənəsi sahib çıxar. Amma bu cür geyinib, bəzənib efirə çıxıramsa, özümü gözəlləşdirirəmsə... Sizin kimi analara qarşı çox qəddaram. Biz burada nəyi təbliğ edirik? Analar, uşağı saxlaya bilmirsiniz, atın uşaqların. Gözəlləşdirin qadınları, uşaqları atsınlar" deyə, ekspert əlavə edib. 

Qeyd edək ki, M.İsgəndərlinin oğlu Kərim və Canana 2021-ci ilin oktyabrında rəsmi olaraq boşanıb. Üç uşaq anadan alınaraq ataya verilmişdi. Canana daha sonra apellyasiya məhkəməsinə müraciət edərək övladlarının qəyumluğunu atadan alıb. Uşaqlar hazırda M.İsgəndərli ilə yaşayır. Kərim isə ikinci dəfə ailə qurub və bir övladı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.