Şou-biznes

Əməkdar artist: “Ajda Pekkanla unudulmaz öpüş” - FOTO

6 Sentyabr 2023 12:24
Baxış: 1 808
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səməd Vurğun adına Akademik Rus Dram Teatrının aktyoru, Əməkdar artist Firdovsi Atakişiyev Türkiyənin superstarı, əfsanəvi Ajda Pekkanla bağlı diqqət çəkən paylaşım edib. 

Milli.Az bizim.media-ya istinadən bildriir ki, aktyor 20 il əvvəl Bakıda konsert proqramı ilə çıxış edən pop ulduzla görüşü zamanı çəkilən fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. 

Atakişiyev paylaşımına "Unudulmaz öpüş. Sevimli əfsanə... 2003-cü il, Ajda Pekkanın konserti" sözlərini yazıb. 
Qeyd edək ki, F.Atakişiyevin həyat yoldaşı  İranə Tağızadə bu il aprelin doqquzunda Bakı şəhərində dünyasını dəyişib. O, görkəmli rejissor Tofiq Tağızadənin qızıdır. Cütlüyün bir oğlu var. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.