Şou-biznes

"Xalq" və "Əməkdar" adı olanlar bu qədər təqaüd alır - MƏBLƏĞ

18 Avqust 2023 11:32
Baxış: 21 723
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda 4888 nəfər fəxri ada görə təqaüd alır.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlarına əsasən ilin əvvəlinə görə, "Xalq" fəxri adına görə 263 nəfər 180 manat təqaüd alır.

"Əməkdar" fəxri adına görə isə ölkədə 4625 nəfər 120 manat təqaüd alır.

Müqayisə üçün qeyd edək ki, ötən il 4843 nəfər (265 nəfər "Xalq", 4578 nəfər "Əməkdar") fəxri adlara görə təqaüd kəsilib. Müvafiq olaraq təqaüdlər 150 və 100 manat olub.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.