Şou-biznes

Mikrofonu tamaşaçının başına çırpdı - VİDEO

30 İyul 2023 23:55
Baxış: 1 704
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Kardi B Las-Veqasda çıxışı zamanı mikrofonu tamaşaçılara atıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, reper səhnənin kənarına keçərkən gözlənilmədən üzərinə stəkandan içki töküblər.  Buna əsəbiləşən Kardi mikrofonu tamaşaçıya tullayıb. 

Hadisəni əks etdirən video sosial şəbəkələrdə yayılaraq ictimai qınağa səbəb olub. İnternet istifadəçilərinin əksəriyyəti Karbi B-ni dəstəklədiyini bildirib. Çünki onun münaqişə yaratmadığı, yalnız özünü müdafiə etdiyi bildirilib. Üstəlik, o, bunu mühafizəçiləri baş verənləri həll etmək üçün səhnədən enməzdən əvvəl edib. Mikrofon sənətçiyə qaytarıldıqdan sonra o, sakitcə konserti davam etdirib.

Bir çoxları qeyd edib ki, Karbi B qalmaqalları sevir. Bundan əvvəl məhkəmə onu striptiz klubunda dava etdiyinə görə 15 günlük ictimai xidmətə məhkum etmişdi. Davaya səbəb Kardinin bufetçilərdən birinin əri, reper Ofsetlə cinsi əlaqədə olduğundan şübhələnməsi olub. Sənətçi barmenə və onun bacısına hücum edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.