Şou-biznes

Şahnaz Haşımova xəstəxanadan evə buraxıldı - VİDEO

27 İyul 2023 16:10
Baxış: 1 297
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən həftə səhhəti qəfil pisləşdiyi üçün xəstəxanaya yerləşdirilən Xalq artisti Şahnaz Haşımova evə buraxılıb. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu barədə sənətçinin bacısı, Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkə hesabında məlumat yayıb. 

Bacısını xəstəxanada ziyarət edən sənətçi həmin görüntüləri izləyicilərlə bölüşüb. Aybəniz paylaşımına "Çox şükür, Şahnaz xanım artıq evə yazıldı, əziz dostlar" sözlərini yazıb. 

Qeyd edək ki, Ş.Haşımova Gəncədə Abbas Səhhət adına Xəstəxananın Təcili Yardım Şöbəsindən Bakıya gətirildikdən sonra müalicəsini Gömrük Hospitalında davam etdirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.