Şou-biznes

"Ondan sonra ailəmiz paramparça oldu" - VİDEO

9 May 2023 14:31
Baxış: 1 950
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Xuraman Şuşalı Şuşa ilə bağlı xatirələrini bölüşüb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi 8 yaşından yurdundan köçdüyünü deyib və ailəsinin ondan sonra dağıldığını bildirib:

"Ailəmizin ən xoşbəxt günləri Şuşada olub. Şuşadan sonuncu gün çıxdıq. Ən gözəl xatirələrim orada olub. Sonra ailəmiz paramparça oldu. Atam Şuşadan çıxanda yaralandı, 3 il yataq xəstəsi oldu. Anam başından qəlpə yarası aldığı üçün səhhəti pis idi. Bacım xalamgildə qaldı. Mən başqa xalamın evində idim. Ailə tablosu dağıldı.

Şuşa azad olunanda evin ortasında dayanmışdım, anamı və atamı səsləmək istəyirəm. Amma onlar yoxdur... Ağlayırdım, uşaqlarımı qucaqlayırdım".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.