Şou-biznes

Üstündən 6,5 tonluq maşın keçən “Qisasçı” ağrılar içində “qırmızı xalı”ya çıxdı - FOTO

13 Aprel 2023 21:00
Baxış: 1 045
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı aktyor Ceremi Renner qartəmizləyən maşınla qəzasından üç ay sonra ilk dəfə qırmızı xalıda çıxış edib.

52 yaşlı Ceremi Renner və onun 10 yaşlı qızı Ava "Rennervations" serialının Los-Anceles premyerasında iştirak ediblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, aktyorun çoxsaylı xəsarətlərdən sonra hələ də yaşadığı "tonlarla ağrıya" baxmayaraq, Renner "qırmızı xalı"da gülümsəyib və səbirlə fotoqraflara poza verib.

Xatırladaq ki, Ceremi Renner yanvar ayında qardaşı oğlunun yük maşınını qarın altından çıxarmaq üçün qartəmizləyən maşından istifadə edib. Daha sonra qəza (əl) əyləcini aktivləşdirmədən maşından düşüb. Maşın aşağıya doğru hərəkət etməyə başlayıb. Aktyor qartəmizləyəni saxlamağa çalışanda isə tırtıllar onu maşının altına sürükləyib və o, Rennerin üstündən keçib. Nəticədə "Avengers"in ulduzu sümüklərinin 32 sınığı xəsarəti alıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.