Qulaq falına çıxmışdım, rəfiqəmin atası dedi ki...”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"10-cu sinifi bitirib, sənədlərimi universitetə vermək ərəfəsində idim. Novruz bayramı idi. Ürəyimdə arzu tutub 2-ci mərtəbəyə, rəfiqəmgilə qalxdım. Onların evində də pişik var idi. Qulağımı qapıya yaxınlaşdırdım ki, pusum. Qulaq asanda bir də gördüm ki, rəfiqəminin atası yoldaşına deyir ki, "ay Sima, pişiyə bax, gör nə gözəl rahat yatıb qucağımda". Bu sözü eşitdim, çox sevindim. Evə gəlib dedim ki, qulağım xoş söz eşitdi, inşallah ki, niyyətim hasil olar. Universitetə daxil oldum, imtahanlarım çox gözəl keçdi. Bir çətinlik çəkmədim. Qulaq fallarım bir çox hallarda çin olub".
Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist, aktrisa Dilarə Əliyeva deyib.
"Bir neçə yeniliyim var. Teatrlardan birindən dəvət almışam. Hələ ki, teatrın adını açıqlamaq istəmirəm. Çünki hələ ki, məşq başlamayıb. Arb kanalında yayımlanan "Qaratikan" romantik-komediya serialındayam. Çox maraqlı serialdır. Tamaşaçılar orada oynadığım Narınc xarakterini çox sevirlər. Fərq etməz ki, hansı obraz olsun, əsas odur ki, əsər, senari maraq kəsb etsin. Planlar, layihələr, filmlər var. Arzularım, istəklərim çoxdur" deyə sənətçi bildirib.
Aktrisa bildirib ki, sənətdə olmağının başlıca səbəbkarı atasıdır.
"Mənim atam 3 dəfə İncəsənət institutuna sənəd verib. Qabiliyyətdən keçsə də, digər imtahanlardan kəsilib. Qəbul ola bilməmişdi. Amma içində bir nisgil, arzu var idi. Hər zaman istəyirdi ki, bu sahədə öz sözünü desin. Bir çox məclislərdə nitq söyləyərdi, sözü-sözə toxuyardı. Hətta qohum-əqrəbalarım da deyir ki, "Dilarə sanki içində atasının ruhunu daşıyır". Kaşki yaşasaydı, bu günki uğurlarımı görsəydi deyə düşünürəm. İlk işim olan "Leyli və Məcnun" filmimi gördü. O filmi göz yaşları içərisində izlədi. Hətta bir çox qohumlarımıza yığıb demişdi ki, "indi qızımı göstərəcəklər". Çox xoşbəxt idi" deyə aktrisa bildirib.
Dilarə Əliyeva ev işlərinə vaxt ayıra bilmədiyini deyib.
"Evlə bağlı ümumiyyətlə heç nə edə bilmirəm. Köməkçim var, Allah onun canını sağ etsin. O olmasa, heç cür mümkün deyil. Həyatımın müəyyən dönəmində bir şeylər çatdıra bilirdim. Artıq uzun illərdir mən mətbəxə nəsə hazırlamağa yox, yeməyə keçirəm" deyə aktrisa bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
-
Kəskin istilər gəlir — Ekoloqdan açıqlama
-
Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə edib - FOTO
-
Kinematoqrafçılar İttifaqında keçirilən seçkilər tamamilə qeyri-legitimdir - Rafiq Qəmbərov
-
NASA gələcəyin Ay şəhərlərinə doğru addım atır
-
Qarnın təmizlənməsinin 5 üsulu
-
Evlər niyə çökür? - RƏSMİ
-
Gələcəyin 1 nömrəli sərvəti Ermənistanda tapıldı
-
ABŞ-İran gərginliyi fonunda Trampdan mühüm mesaj
-
Azərbaycanda müəllim vəfat etdi - FOTO
-
Xırdalanda biabırçı mənzərə ürək bulandırdı - FOTO
-
İlham Əliyev Donald Tramp tərəfindən daha əvvəl təqdim edilmiş xatirə hədiyyəsini Kaleb Orra göstərib - VİDEO
-
Toralın transfer olunduğu "Bursaspor"un milyonlarla borcu var
-
"Kızılcık şerbeti"ndə yeni aktrisa - FOTO
-
Millimizin üzvünə Avropadan yüksək maaşlı təklif gəlib
-
Nəvəsi ilə FOTOlar paylaşdı
-
37 yaşlı kişi bıçaqlandı - Qaynı saxlanıldı
-
Bakıda qayınata gəlinini öldürüb
-
"Enerji sahəsində əməkdaşlığa dair" Bakı Bəyannaməsi qəbul edilib
-
Röya bayramda onlarla bir araya gəldi - VİDEO
-
Marneuli Meriyasından Nizami Gəncəvinin abidəsinə zərər vurulmasına reaksiya
-
Şumaxerin qardaşı həmcinsi ilə evləndi - Fotolar
-
Azərbaycanda sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR





