Şou-biznes

"Dedilər ki, guya məndə xərçəng var"

10 Mart 2023 20:09
Baxış: 744
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Dedilər ki, guya məndə xərçəng var. Məndə belə şey yoxdur, sağlamam. Kiçik problemim var idi. O da aradan qaldırıldı. 30 il yaşacağam".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki,bu sözləri Xalq artisti Naibə Allahverdiyeva "Səhər mərkəzi" verilişində deyib. Aktrisa bir müddət əvvəl süd vəzisində şiş aşkarlanması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. O bildirib ki, süd vəzilərini kiçildən zaman bəzi problemlər ortaya çıxıb, amma həkim ona xərçəng diaqnozu qoymayıb.

N.Allahverdiyeva illər sonra yenidən filmə çəkiləcəyini açıqlayıb:

"Qarşıdan yubileyim gəlir. Bu münasibətlə Nicat Kazımov tamaşa hazırlayır. Bir filmdə rol alacağam. Bir də tarixi serialda çəkiləcəyəm. 5 seriyadır. Görürəm oturmaqla bir şey çıxmaz. Oturdum ki, məni çağıracaqlar, çəkəcəklər. Amma yox... Sponsor Rusiyadandır, böyük məbləğ ayrılıb. Qonorar bizi qane edir. Biz də bu sənətdən qazanırıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.