Şou-biznes

“İndi ac qalıb kişi olmaq olmur”

3 Mart 2023 19:01
Baxış: 1 092
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bəzən hörmətini, sevgisini, etimadını, ümumiyyətlə hər şeyi ilə itirmək istəmədiklərinə baxırsan ki,  onlar üçün səni itirmək bildiyin kimi qorxulu deyilmiş. Elə ona görə də hər şey sənin yox, onların istədiyi kimi olurmuş".

Milli.Az olay-a istinadən xəbər verir ki, bu sözləri sosial şəbəkə hesabında aktyor Səmi Fərhad paylaşıb. O fikirlərinə bunları da əlavə edib:

"Əsas odur sonda hər kəsin deməyə sözü olur. Söz var, vicdanın rahatlığından deyilir. Söz də var ki, vicdanı rahatlatmaq üçün deyilir! Könül istərdi ki, bu sözlərdən sonra, yazardım ki, salamat qalın, mən getdim Laçına, film olanda gəlib çəkilib gedərəm.

Çünki iş vacibdir, bu zəmanədə ac olub kişi olmaq olmur. Kasıb olsan da, mərd qalmaq olmur. Lap türkün məsəli "fakiriz ama qururluyuz" demək olmur! Bu müddət uzun olduqda itirdiyin hər şeyi, hər kəsi və ən mənəvi dəyərləri, gələcəkdə qazanacağın maddiyat əvəz eləmir. Allah hər kəsə heyif, kaş ki, sözlərini demədən, danışıb gülüb, şad-xürrəm yaşayacağı həyat nəsib etsin.

Arada işsizlikdən şikayətlənməyimə baxmayın. Mən həm də sənətimi ona görə çox sevirəm ki, nə pis əməl eləsəm, qəlbə dəyib, haqqa girsəm, söyüb-döyüb lap öldürsəm də, bütün bunları realda yox, kinoda edirəm. Həyatda edənlər baxıb nəticə çıxarmaları üçün. Hər şey yaxşı olacaq, buna inanıram!".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.