Şou-biznes

Xalq artisti: "Qohumum zəlzələ zamanı özünü binadan atıb" - VİDEO

9 Fevral 2023 17:11
Baxış: 3 240
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Adanada qohumum var, Fərid həkim. Həyat yoldaşım da onun sayəsində sağaldı".

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri Xalq artisti Gülyanaq Məmmədova qonaq olduğu "Səhər mərkəzi" verilişində deyib.

Xanəndə yaxın qohumunun hazırda təbii fəlakətlə üz-üzə qalan Türkiyənin Adana bölgəsində olduğunu bildirib:

"Zəlzələ zamanı özünü birtəhər binadan ataraq, xilas edib. Amma hazırda xəstəxanadadır, xəstələrin başının üstündədir. Danışanda səsinin titrəməsindən vəziyyəti anlayırıq. Hər getdiyimiz zaman orada bizi hər yerə aparan taksi sürücüsü var idi. Onun ailəsi ilə doğmalaşmışdıq. Onların da evləri uçub. Vəziyyət çox pisdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.