Şou-biznes

Xalq artisti münsif olan bacısına müsabiqədə sürpriz etdi - VİDEO

4 Fevral 2023 12:31
Baxış: 1 872
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Gülyanaq Məmmədova "Səs Azərbaycan: Doğma nəğmələr" müsabiqəsində münsif olan, bacısı Xalq artisti Gülyaz Məmmədovaya sürpriz edib.

Milli.Az olay-a istinadən xəbər verir ki, yarışmanın növbəti buraxılışında xanəndə iştirakçı kimi səhnəyə çıxıb.

"Aldatmayaq bir-birimizi" mahnısını səsləndirən sənətçi ifası zamanı üzünü də gizlədib. Olduqca təəccüblənən G. Məmmədova bu zaman kövrələrək bacısının yanına gedib. Gülyanaq Məmmədova isə formal olaraq münsiflərdən İlqar Xəyalı seçib.

Gülyaz Məmmədova daha sonra öz instaqramında bu haqda qeyd edib:

"Zəng edirəm, Gülyanaq deyir, həkimdədir, özünü yaxşı hiss etmir, danışa bilmir. Çox narahat qaldım. Seçimlər başladı. Onun səsini bənzətdim, düşündüm ki, yəqin, hansımızınsa, tələbəsidir. Hər halda bizi yamsılayır. Döndüm ki, qarşımda Gülüm. Hamımız üçün gözəl gün, gözəl an oldu".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.