Şou-biznes

Afaq Hacı Nuranın sirrini canlı efirdə açdı - VİDEO

1 Fevral 2023 13:16
Baxış: 2 011
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünən doğum günü olan aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədovun geyimi ilə bağlı hər kəsdən gizli saxladığı sirrinin üstünü həmkarı Afaq Gəncəli açıb.  

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu məsələnin üstü Hacı Nuranın qonaq olduğu "Səhər mərkəzi" verilişində üzə çıxıb.  

Belə ki Afaq aparıcısı olduğu sözügedən proqramda Hacı Nuranı öz yanına çağırıb və boğazını bəzəyən qalstukun bir neçə formada olduğunu nümayiş etdirib. "Əgər Hacı Nuran yas mərasiminə gedirsə, (bu anda rəngarəng qalstukunu aşağı hissəsindən tutaraq, üst hissəsini yuxarı dartır, göz önünə isə aksesuarın qara rəngi üzə çıxır - red.).  

Qalstukun digər tərəfi isə buta naxışlıdır. Bunu isə Hacı Nuran belə düzəldib, digər verilişə gedir", - deyə Afaq vurğulayıb.  

Bu anda isə verilişin digəri aparıcısı Tural Əsədov "Röya konsertində 25 geyim dəyişib. Sənə müraciət etsəydi, bir pəncəklə konserti yola verə bilərdi (gülür)" sözlərini dilə gətirib.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.