Şou-biznes

“Dior”un yeni rəhbəri məlum oldu - FOTO

12 Yanvar 2023 16:58
Baxış: 810
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyanın ən zəngin şəxslərindən olan Bernar Arno qızı Delfini lüks mallar imperiyası LVMH-nin ikinci ən böyük brendi olan "Christian Dior"un rəhbəri təyin edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yanvarın 11-də milyarder qızının 382 milyard avro dəyərindəki konqlomeratın bir hissəsi olan "Dior"un baş direktoru və Direktorlar Şurasının sədri olacağını açıqlayıb.

Xanımın fevralın 1-də yeni vəzifəsinin icrasına başlayacağı bildirilib.

Qeyd edək ki, fransız iş adamının 47 yaşlı qızı "McKinsey" konsaltinq firmasında iki il işlədikdən və London İqtisadiyyat Məktəbində təhsil aldıqdan sonra 2000-ci ildə ailə biznesinə qoşulub. O, 2003-cü ildə LVMH-nin idarə heyətinə qatılan ilk qadın və ən gənc üzv olub.

Keçən ay Bernar Arno oğlu Antuanı LVMH qrupunda kapitalın 41%-nə və səsvermə hüquqlarının 56%-nə nəzarət edən holdinq şirkəti "Christian Dior"un baş direktoru və sədri təyin edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.