Şou-biznes

Canlı efirdə aparıcı-münsif qarşıdurması - VİDEO

19 Dekabr 2022 21:48
Baxış: 2 556
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Space TV-də yayımlanan "Milli Səs" musiqi yarışmasında gərgin anlar yaşanıb. 

Milli.Az olay-a istinadən xəbər verir ki, qalmaqal müsabiqədə münsif olan Xalq artisti Aygün Bayramova ilə aparıcı Nübar Əbil arasında olub. Belə ki, muğam ustadı iştirakçı Aynur Ağamalıyevanın çıxışından sonra sözün birinci ona verilməməsinə etiraz edib. Hər zaman digər münsif, Əməkdar artist Elnur Zeynalovun birinci çıxış etməsindən narahatlığını dilə gətirib: 

"Siz niyə sözü birinci Elnur bəyə verirsiz? Dünən də belə etdiniz. Gözləyirdim ki, sözü üçümüzdən birinə verəsiniz. Amma yenə ona söz verdiniz".

Aparıcı isə "Səbəbini bilmirəm. Gərək gələn dəfə test edim ki, niyə belə olur? Təklif edirəm ki, Aygün xanımı alqışlayaq" deyərək studiyadakı ab-havanı dəyişmək istəyib.

Qeyd edək ki, A. Bayramova bir müddət əvvəl "Xalq ulduzu" yarışmasında aparıcı Zaur Baxşəliyevlə də problem yaşamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.