Şou-biznes

“İnstaqramımda bir post 3-5 min manatdır”

19 Dekabr 2022 20:27
Baxış: 1 437
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tanınmış idmançı Kamil Zeynallı sosial şəbəkə gəliri barədə danışıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu haqda o, "Space maqazin" verilişinə müsahibəsində deyib.

Kamil bildirib ki, sosial şəbəkə proqramlarından yalnız instaqramdan gəlir mənbəyi olaraq istifadə edir:

"TikTokdan reklam kimi istifadə etmirəm.  Ümumiyyətlə, orada heç vaxt canlı yayım açıb yarış keçirməmişəm. İnşallah, keçirməyəcəm də, elə şeyə özümdə razı deyiləm. İnstaqramda reklamlardan istifadə edirəm. Qazancımızın demək olar ki, çox hissəsi instaqramdan, sosial şəbəkələrdəndir. Səhifəmdə hər reklamı paylaşmıram, hər çəkilişə də razı olmuram. Bir reklam paylaşımı 3-5 min manat arasıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.