Şou-biznes

"Deyirlər ki, bahalı başdaşı qoymaqdansa, bacını sağaldardın"

15 Dekabr 2022 19:34
Baxış: 1 998
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Nadir Qafarzadə dünyasını dəyişən bacısına görə ünvanına deyilən tənqidlərə cavab verib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı "Həyat tərzi" proqramında bacısına sağlığında dəstək olmadığı iddialarını yalanlayıb. Nadir bildirib ki, onun bütün müalicə xərcini özü ödəyib:

"5,10,15 min verib başdaşı ucaldırıq. Ölüyə bu çatmır axı. İnsanlar özünü göstərmək üçün edirlər. Mənə deyirlər ki, elə ehsan verənə, başdaşı qoyana qədər həmin pulu müalicəsinə xərcləyib, ömrünü uzadardın. Mən etdim: müalicələr, əməliyyatlar... Xaricdən dərmanlar gətirirdim. 20 il ömrünü uzatdım. Xərçəng idi, sonda özünü göstərdi. Ehsanda verilən plovu, meyvələri sağlığında aparın yedizdirin həmin şəxsə. Qoyun bu dünyadan bəxtəvər getsin".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.