Şou-biznes

“Xanımı icazə vermir” – Keçmiş ərindən danışdı

10 Dekabr 2022 01:22
Baxış: 1 622
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni İlahə İbadova kemiş həyat yoldaşı, müğənni Mirsaleh Əliyev haqda açıqlama verib.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi bu barədə "Səhərin səsi" proqramında qonaq olarkən danışıb. İbadova deyib ki, eks-əri qızını 12 ildən çoxdur görmür:

"Qızımın 14 yaşı var. Atası ilə münasibəti yoxdur. Qızım zəng etsə də, telefonunu açmaz. Mənə elə gəlir ki, ata maraqlanmalıdır. Sonuncu dəfə atası qızını 2-3 yaşında görüb. 12 ilə yaxındır ki, qızını görmür, görmək də fikri yoxdur.

Buna səbəb indiki ailəsidir. Yəqin ki, xanımı icazə vermir.  Özü də əhli-kef insan idi. Onun üçün uşaq maraqlı deyildi".

Qeyd edək ki, cütlüyün evliliyindən Ayan adlı qız övladı var. İlahə ötən ilin noyabrında keçmiş yoldaşını alimentə görə məhkəməyə verdiyini açıqlamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.