Şou-biznes

Dua Lipa nəhayət arzusuna çatdı - FOTO

29 Noyabr 2022 20:06
Baxış: 920
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Alban əsilli britaniyalı müğənni Dua Lipa bir neçə il sonra nəhayət Albaniya vətəndaşlığı alıb. Lipanın valideynləri Kosovodan olan etnik albanlardır, ona görə də bu, ifaçı üçün vacib və xüsusi bir addım idi.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Dua Lipa Londonda Kosovodan olan mühacir valideynlərin ailəsində anadan olub. O, mahnılarını 14 yaşında ikən "YouTube"da yerləşdirməyə başlayıb. İlk debüt studiya albomu 2017-ci ildə çıxıb. O, bir çox mükafatlara, o cümlədən 2019 və 2020-ci illərdə "Grammy" mükafatına layiq görülüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.