Şou-biznes

Foksun nişanlısı xəstəlikdən əziyyət çəkdiyini etiraf etdi

4 Noyabr 2022 15:56
Baxış: 767
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Aktrisa Meqan Foksun nişanlısı, reper Kolson Beyker (Machine Gun Kelly - MGK) Piter Pen sindromundan əziyyət çəkdiyini bildirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, bunu "Hollywood Reporter's Awards Chatter" podkastına etiraf edib. Verilişin qonağı olan reper həmçinin "Buğa" filmində çəkilməsindən danışıb. O, qeyd edib ki, onun özü də filmdəki obrazına oxşayır.

Qeyd edək ki, Meqan Foks və Kolson Beyker 2020-ci ilin iyununda münasibətlərini açıqlayıb və 2022-ci ilin yanvarında nişanlandıqlarını elan ediblər. Əgər bu evlilik baş tutarsa, aktrisa üçün ikinci olacaq. Belə ki, 2010-cu ildə o, Brayan Ostin Qrinlə ailə qurub və 2022-ci ilin fevralında cütlük rəsmi olaraq boşanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.