Şou-biznes

“Qoyulan şlanq fırlanıb əməliyyat olunan yerə girib, az qala ölmüşdüm” - VİDEO

31 Oktyabr 2022 11:56
Baxış: 3 683
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Xəstələnəndə klinikada rəngim göyərmişdi. Az qala ölmüşdüm, "pristupum" tutmuşdu. Səhərə kimi o sancını çəkdim. Nə qədər iynə vurdularsa, xeyri olmadı. Heç kimin də xəbəri olmadı ki, qoyulan şlanq fırlanıb əməliyyat olunan yerə girib". 

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova qonaq olduğu "Zaurla Günaydın" səhər şousunda deyib. 

Aylar əvvəl bronxlarından və ürəklə ciyərin arasında aşkarlanan şişdən əməliyyat olunan sənətçi xəstəxanada vəziyyətinin ağırlaşdığını bildirib.  

"Həkim vəziyyətimi görüb söylədi ki, "Sən buna necə dözmüsən? Saat 8 idi, mən hələ də ağrıdan yata bilmirdim. Yatmağım üçün iynə vurdular, yenə də yata bilmədim. O günlər getsin, bir daha gəlməsin". 

Qeyd edək ki, M.Əsədova daha əvvəl xəstəliyi ilə bağlı "Ağrılarım dözülməz idi. Zobum, bronxlarımda dörd ədəd şiş aşkarlandı. Ən böyük şiş isə ürəklə ciyərimin arasında idi. O şiş əməliyyat zamanı ortaya çıxdı. İndi həkimim özümü qorumağı məsləhət görür" açıqlamasını vermişdi. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.