Şou-biznes

Şəhriyar Əbilov: “Övladımla dostam” - VİDEO

29 Oktyabr 2022 13:09
Baxış: 972
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir müddət əvvəl həmkarı, həyat yoldaşı Oksana Rəsulovadan boşandığını açıqlayan aktyor və aparıcı Şəhriyar Əbilov oğlu Osmandan söz açıb.

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, Şəhriyar "Space maqazin" verilişində dörd yaşlı övladının Oksana ilə deyil onunla yaşadığını açıqlayıb.  

"Hər gün altının yarısı oğlumu bağçadan götürürəm. Gəzib, oynayıram onunla. Bir sözlə övladımla dostam.", - deyə Ş.Əbilov bildirib.  

Şəhriyar "Osman sizinlə qalır" sualına isə "Hər ikimizlə qalır" cavabını verib.

Qeyd edək ki, O.Rəsulova sentyabrın əvvəlində həyat yoldaşı Şəhriyar Əbilovla boşandığını açıqlayıb. Cütlük ötən il verilişlərin birində evli olduqlarını bildirimişdilər.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.