Şou-biznes

Bir zamanların məşhur modeli indi günü 20 manata dönərçi işləyir - VİDEO

17 Oktyabr 2022 16:52
Baxış: 15 330
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İllər əvvəl model kimi fəaliyyət göstərən Rüstəm adlı bir bəyin hazırda məkanların birində dönərçi olaraq çalışdığı bildirilib.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, "Elgizlə izlə" ictimai-sosial verilişin çəkiliş heyəti Rüstəmin çalışdığı məkana gedərək, onu haqda videosüjet hazırlayıb. 
Daha sonra studiyaya gələn keçmiş model, hazırda isə dönərçi işləyən Rüstəm şəxsi həyatından söz açıb. O bildirib ki, ailə qurduqdan sonra modellik fəaliyyətindən uzaqlaşıb.

Hazırda dönərçi kimi çalışması onun ürəyincədir.  

"Üç ilə yaxındır ki, dönərçi işləyirəm.  Ailə qurduqdan sonra modellik sənətindən uzaqlaşdım. İndi burada çalışıram. Çox zaman gəlib məndən dönər alanda deyirlər ki, sən serialdan çəkilən oğlan deyilsən. Cavab olaraq söyləyirəm ki, yox mən deyiləm.
Modellik sənətində istədiyim uğuru əldə etmişəm. İşimi də özüm tərk etməmişəm. Evləndikdən sonra modellik işinə zamanımı ayıra bilmədim. Dönərçilik işi tələbəlik illərindən bacarıram. Bu işi peşəkarcasına bilirəm. İnsanın sevdiyi işdə olması gözəl şeydir.

Modellik işini də sevərək görmüşəm. Gündəlik 20 manat pul qazanıram. Bir aya 600 manat pul alıram. Öz evimiz yoxdur. Kirayədə qalırıq. 150 manat kirayə pulu ödəyirəm", - deyə Rüstəm bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.