Şou-biznes

Zaur verilişində müğənniyə qorxulu anlar yaşatdı - VİDEO

7 Oktyabr 2022 13:18
Baxış: 4 971
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Mənzurə Musayeva verilişdə qorxu dolu anlar yaşayıb. 

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, sənətçi qonaq olduğu "Həmin Zaur" axşam şousunda gözlərinə virtual reallıq eynəkləri taxıb. 

Mənzurənin eynək vasitəsi ilə gördüyü kadrlar efirdə monitorda nümayiş olunub. Təsvirlərdə müğənninin liftə girdiyi və orada tarakanların peyda olunması əks olunub.

Həşəratları görən Musayeva qorxudan dərhal  əsməyə başlayıb, onun köməyinə isə verilişin aparıcısı Zaur Kamal gəlib. Mənzurəni sakitləşdirməyə çalışsa da, mümkün olmayıb. O, dərhal gözlərinə taxdığı virtual reallıq eynəkləri çıxardaraq studiyanın səhnəsindən yerinə oturmağa tələsib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.