Şou-biznes

“Atam dedi ki, o adda qızım yoxdur” - Aysun

24 Sentyabr 2022 18:22
Baxış: 1 526
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Aysun İsmayılova atası ilə bağlı açıqlama verib.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə o, anası Rəqsanə İsmayılovanın yutubda yayımlanan "Göz önündə" layihəsində danışıb.

Aysun deyib ki, atasını uşaq vaxtı görmək istəyib, lakin bu, mümkün olmayıb:

"Atamı uşaq olanda axtarmışam. Ondan atalıq görməmişəm, yanımdan keçsə, tanımaram. Onu tanımaq üçün addım atdım, sən bilmədin. Uşaq idim, 12-14 yaşım olardı. Nənəmdən xahiş etdim ki, atamı görmək istəyirəm. Çünki mənə hər kəs deyir ki, sən Yaşara (atası - red.) oxşayırsan. Onun üçün mənə maraqlı idi. Goranboya getdik. Heç özü qarşıma çıxmadı, dedi ki, mənim o adda qızım yoxdur. O, o sözü deyibsə, deməli, mənim də o adda atam yoxdur. Yadımda deyil, deyəsən, əmim çıxdı, dedi ki, atan səni görmək istəmir. Məni tapmaq o qədər də çətin deyil. İstəyən ata bu illər ərzində axtarıb tapardı. Mən ondan nə var istəməmişəm, nə dövlət istəməmişəm, heç nə istəməmişəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.