Şou-biznes

CinemaPlus-da sehrli Şərq

12 Sentyabr 2022 13:15
Baxış: 1 495
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Gənclik Mall" TM-də yerləşən "CinemaPlus" premium kinoteatrında "Üç min illik arzular" romantik nağıl filminin premyeradan öncə nümayişi keçirilib.

Kinoteatrda sehrli ab-hava var idi. Belə bir təəssürat yaranırdı ki, "S Design" dekorasiya şirkətinin təşkil etdiyi şərq nağılına qədəm qoyursan.

Dekorasiya ilə yanaşı qonaqlara iki hissəli şou da təqdim olunub. Sehrbaz Anar Əliyevin sehrli dərsləri və cazibədar "Renka Black Angel"in rəqsi tamaşaçıları heyran edirdi. Həmçinin tədbirdə Nəzrin Nəsirova qonaqlar üçün xına rəsmləri çəkirdi.

Filmin rejissoru Corc Miller. Baş rollarda İdris Elba və Tilda Suinton. Filmin dünya premyerası 20 may 2022-ci ildə Kann Film Festivalında olub.

Film haqqında qısa məlumat: İstanbula səyahət edən tənha qadın alim, azadlığı müqabilində ona üç arzu haqqı təklif edən сini kəşf edir. İstədiyi sevgidir, amma onu ona verə bilərmi və etməlidirmi? Bununla belə, o, cinlərlə bağlı hekayələrin adətən necə bitdiyini bilir və buna görə də üç arzusunu yerinə yetirməyə tələsmir. Bu inanılmaz tanışlıq onların hər ikisinə dünyanı tamamilə yeni bir şəkildə görməyə imkan verəcək və hər ikisinə arzu edə bildiklərindən çox şey verəcəkdir.

"CinemaPlus" hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.