Şou-biznes

Afət Şəbnəmi yalançı adlandırdı - YENİ QALMAQAL

24 Avqust 2022 22:01
Baxış: 1 986
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Başladılar haqqımda "qara piar" aparmağa ki, xalqın gözündən salsınlar. Amma insanlar sağolsunlar ki, yalanlara uymadılar".

Milli.Az bizim.media-ya istinadən bildriir ki, bu sözləri Afət Fərmanqızı qonaq olduğu "Həmin Zaur" axşam şousunda deyib. 

Sənətçi xanım həmkarı Şəbnəm Tovuzlu haqqında sərt sözlər deyib. O bildirib ki, Şəbnəmi məclisinə dəvət etsə də, gəlməmək üçün yalan uydurub. 

"Şəbnəm təsirə düşən insandır. iki dəfə onun məclisinə getmişəm. Vaxtımı və pulumu xərcləmişəm. Bir dəfə onu məclisə çağırdım, yalandan dedi ki, Moskvadadır. Moksvadasansa çıxart pasportunu göstər. O, Bakıda idi, amma gəlmədi.

Gəlməməyinin səbəbi isə kimlərsə tərəfindən öyrədilməsi idi. Cəbhə, qruplaşma yaradıblar. Həmin gün Şəbnəm filan restoranda balıq yeməyə getmişdi. Mənə fotosunu atdılar. Sonra da orada olduğunu sosial şəbəkədə paylaşdı.

Şəbnəmlə eyni eldənik (Tovuz - red.). Nə olur ki, belə edəndə?! Məni pisləyəndə nə olacaq ki? Gələ bilmirsə məclisə, gərək təbrikini yollayardı. Bu adam onu da etmədi. Borclu borclunun sağlığını istəyər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.