Hadisə

Bakıda iki maşın toqquşdu - Sürücü avtomobildə sıxılı vəziyyətdə qaldı - VİDEO

11 Dekabr 2025 12:12
Baxış: 412
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Mercedes-Benz" və "Ford" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və "Mercedes-Benz"in sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1990-cı il təvəllüdlü Fərman Nurlan oğlu Əliyevi xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.