Şou-biznes

"Hərdən qadına göstərməlisən ki, mən varam sən kimsən?" - Əməkdar artist

21 Avqust 2022 04:12
2 Şərh     Baxış: 2 658
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Çörəyi ver çörəkçiyə. Təsadüfi müğənnilər doludur. Camaat axmaqdır gedib 4-5 il konservatoriya, universitet bitirir. Təsadüfi adamlar gəlib aktyorluqla məşğul olurlar: bilmir komediya, yumor oynayır. Janr nədir bilmirlər, gəlib aktyorluq edirlər".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Vahid Əliyev "Gəl danış" proqramında deyib. Aktyor incəsənət aləmindəki vəziyyətdən gileylənib:

"Bu gün Azərbaycan xalqının incəsənət sahəsində zövqü aşağı, primitivdir. Təsadüfi müğənnilər, musiqiçilər, aktyorlar aktyorluq edir. Tamaşaçı onlara baxanda hansı işin sahibi olacaq? Seriallarda yeni aktyorlara baxıram, onlar oynayır, yaşamırlar". 

Aktyor daha sonra qadın-kişi münasibətlərindən söz açıb:

"Ağzından yumşaq olan kişiyə hörmətsizlik olur. Dmirəm əl qaldırın. Qadına əl qaldıran kişi acizdir. Amma hərdən xarakterini qadına göstərməlisən ki, mən varam sən kimsən?".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.