Şou-biznes

Damla məşhur repçi ilə duet oxuyacaq - FOTO

17 Avqust 2022 18:00
1 Şərh     Baxış: 1 157
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Müğənni Damla məşhur repçi Rüzgarla (Aydın Hüseynov) duet üçün bir araya gəlib.

Milli.Az xəbər verir ki, bu barədə repçi özü lent.az-a açıqlamasında deyib. O bildirib ki, hazırda layihənin üzərində çalışırlar:

"Bir gün zəng gəldi, dedilər ki, sizinlə duet ortağı olmaq istəyən var. Sonra məlum oldu ki, Damla xanımdır. Bir neçə il əvvəl mənə deyilsəydi ki, Damla duet ortağım olacaq, "yox" deyərdim. Amma bir sənətçi kimi düşünürəm ki, o da ifaçıdır, mən də. Trekin adı "Aşiqlər"dir. Çox maraqlı trek alınıb. Hazırda klipimiz də çəkilir. Yaxın günlərdə paylaşılacaq".

Qeyd edək ki, bu, Damlanın repçi ilə, həmçinin Rüzgarın da müğənni ilə ilk duetidir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.