Amerikalı aktrisa və keçmiş model Demi Mur öz brendi olan çimərlik geyiminin reklamında iştirak edib.
Milli.Az oxu.az-a istinadən bildirir ki, müvafiq fotolar onun "Instagram" hesabında dərc olunub.
Fotoqrafın qarşısına yaxası V forma dekolteli və arxası açıq ağ çimərlik paltarında çıxan aktrisanın fotoları sosial media istifadəçiləri tərəfindən heyranlıqla qarşılanıb. Paylaşım 64 mindən çox bəyənilib.
Milli.Az