Şou-biznes

“Sizi adınızla çağıracağam, “civi”lər və “manıs”lar!”

13 İyul 2022 20:32
6 Şərh     Baxış: 2 002
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ey bayağı oxuyan "civi"lər və "manıs"lar, siz Azərbaycanı sevmirsiniz. Sizin kimiləri ancaq pul maraqlandırır. Necə ki, insanların haqqını yeyən, onların cibinə girib sərvətini yeyən, kasıblığa, ölümə sürükləyən zalımlardan heç bir fərqiniz yoxdur".

Milli.Az olay-a istinadən xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan sosial media hesabında yazıb. O, bayağı mahnılar oxuyan ifaçılar yenə də tənqid edib, onları Azərbaycanı sevməməkdə günahlandırıb:

"Siz "civi"lər də bayağı oxuyub, sadəcə silahsız şəkildə insanların zövqünü zəhərləyib onlardan ən asan yolla pul qazanırsınız. Bu arsızlıqla da özünüzü böyük biri hesab edirsiniz. Azərbaycan musiqisinin düşmənləri sizsiniz. "Civi"lər və "manıs"lar, bundan sonra sizi adınızla çağıracağam, pul xətrinə Azərbaycan musiqisinə xələl gətirən "civi"lər və "manıs"lar".

Qeyd edək ki, sənətçi ötən günlərdə də sözügedən ifaçılarla bağlı açıqlama vermis, həmkar Şəbnəm Tovuzluyla qalmaqal yaşamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.