Azərbaycanlı müğənni Coni (Cahid Hüseynli) Rusiyanın Xalq artisti Larisa Dolina ilə duet oxuyacaq.
Milli.Az olay-a istinadən xəbər verir ki, bununla bağlı L. Dolina özü paylaşım edib.
Sosial şəbəkə hesabında Coni ilə fotolarını paylaşan sənətçi bu sözləri yazıb:
"Coni heyranedicidir. Dəlisov enerji, doğru mesaj, musiqi duyumu və möhtəşəm səs! Səni sevirəm. Duet planlaşdırılır".
Milli.Az