Larisa Dolinadan azərbaycanlı müğənni ilə bağlı paylaşım

12 İyul 2022 13:45

Azərbaycanlı müğənni Coni (Cahid Hüseynli) Rusiyanın Xalq artisti Larisa Dolina ilə duet oxuyacaq. 

Milli.Az olay-a istinadən xəbər verir ki, bununla bağlı L. Dolina özü paylaşım edib. 

Sosial şəbəkə hesabında Coni ilə fotolarını paylaşan sənətçi bu sözləri yazıb:

"Coni heyranedicidir. Dəlisov enerji, doğru mesaj, musiqi duyumu və möhtəşəm səs! Səni sevirəm. Duet planlaşdırılır".

Milli.Az