Şou-biznes

Azərbaycanlı rejissordan Vüsalə Əlizadəyə: "Danışanda sözlərinizə diqqət yetirin!" - VİDEO

7 İyul 2022 17:07
1 Şərh     Baxış: 2 416
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanlı rejissor Ravin Əliyevlə aparıcı Vüsalə Əlizadə arasında qalmaqal yaşanıb.

Milli.Az BAKU.WS-ə istinadən xəbər verir ki, Əlizadə bir neçə gün əvvəl aparıcısı olduğu "7 canlı" verilişində rejissor haqqında "Ravin klip sahəsində... Kimi tapdı, klip çəkir" sözlərini söyləyib.

Aparıcının bu sözləri Ravini qəzəbləndirib. O, Vüsalənin fikirlərinə sərt şəkildə etiraz edib:

"Efirdə işlətdiyiniz "Kimi tapdı, klip çəkir" sözlər mənə xoş olmadı. Çünki 30 illik təcrübəm və sənətim göz önündədir. Kimisə tapmağa ehtiyacım yoxdur. Sizin "kim" söylədiyiniz müğənnilər, xalqın sevimli sənətkarlarıdır. Hər birinə də hörmətim var. Ola bilər ki, sizin üçün dediyiniz müğənnilər "Kim"dir. Amma onların hər biri mənim üçün dəyərlidir. Ən əsası isə hər biri azərbaycanlıdır. Xahiş edirəm, danışanda sözlərinizə diqqət yetirin".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.