Şou-biznes

Aparıcıdan Cavanşir Məmmədova: "Sübut edərəm ki, botoksunuz var"- VİDEO

26 May 2022 19:45
3 Şərh     Baxış: 2 678
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aparıcı Lətafət Ələkbərova Əməkdar artist Cavanşir Məmmədovla bağlı yeni iddia irəli sürüb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, "Üzümdə botoks yoxdur" söyləyən sənətçiyə əksini sübut etməyə hazır olduğunu bildirib. Bu barədə aparıcı "Magazin plus"a müsahibəsində danışıb:

"Cavanşir müəllim bizim verilişimizdə qonaq olub. İşıqlar onun üzünə düşəndə aydın bilinirdi ki, botoksu var. Əlim üzümdə qaldı, niyə deyirsiniz yoxdur? Etmisinizsə, deyin, burada nə var ki? Niyə gizlədirsiniz? Kosmetoloquma aparacağam, sübüt edəcək ki, üzündə botoks var. Hazıram, gəlsin. İki min manatı da alacağam".

Aparıcı şou-biznesdə üzündə botoks olan digər kişi sənətçilərin adlarını da açıqlayıb:

"Nadir Qafarzadə, Vasif Məhərrəmli, Niyam Salami, Kərimdə də botoks var. Hətta Kərim bu yaxınlarda kök hüceyrə vasitəsiylə özünü 10 yaş cavanlaşdırıb".

Qeyd edək ki, C.Məmmədov ötən həftə üzündə botoks olmadığını və əksini sübut edən şəxsə 2 min manat verəcəyini söyləmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.